“Şəhriyar səhvimdən istifadə etdi” - Uesli So

sehriyar-sehvimden-istifade-etdi
Oxunma sayı: 636

“Şəhriyar Məmmədovla qarşılaşmada üstünlüyüm var idi. Qələbə üçün bir neçə dəqiq gediş etməliydim”. “Qafqazinfo” xəbər verir ki, bu fikirləri "ShamkirChess 2017" beynəlxalq şahmat turnirinə məğlubiyytələ başlayan Uesli So bildirib.

Əslən Filippindən olan ABŞ təmsilçisi Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla dueldə ağ fiqurlarla oynada da, məğlubiyyətlə barışıb.

So Məmmədyarovun yaxşı şahmatçı olduğunu söyləyib: "Şəhriyarla görüşdə üstün vəziyyətdə idim. Sadəcə, o, səhvimdən istifadə etdi. Ağ fiqurlarla məğlub olmaq ciddi məsələdi. Sonuncu dəfə 2015-ci ildə İspaniyada keçirilən turnirdə məğlub olmuşam. Bilbao superturnirindən sonra uduzmamışdım. Uğurlu seriyam başa çatdı. Qarşıda 8 tur var. Əsas mübarizə irəlidədi".