Şəhriyarın heykəli oğurlandı

sehriyarin-heykeli-ogurlandi
Oxunma sayı: 660

“Nasrnews” xəbər saytının məlumatına görə, Təbrizin Ustad Şəhriyar bulvarının girəcəyində qoyulmuş böyük Azərbaycan şairinin heykəli oğurlanıb. Oğurluq hadisəsinin gecə yarısı baş verdiyi ehtimal olunur. Hələlik Təbriz şəhərinin rəsmiləri faktla bağlı heç bir açıqlama verməyiblər və məsələ əhali üçün qaranlıq olaraq qalır.

Qeyd edək ki, analoji hadisə 2010-cu ilin yazında İranın paytaxtı Tehranda ardıcıl şəkildə baş verib. Həmin vaxt Səttarxan, Bağırxan, Ustad Moin, Şəhriyar, Şəriəti, Səni Xatəm və s. heykəlləri oğurlanıb. Ancaq hələ də həmin oğurluqların üstü açılmayıb.

APA