Səhvən işçilərin hesabına 30 min avro yükləndi

sehven-iscilerin-hesabina-30-min-avro-yuklendi
Oxunma sayı: 2989

Belçikada polad fabrikində işləyən işçilərin bank hesablarına 30 min avro yüklənilib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, işçilərdən bəziləri borclarını ödəyib, hətta qumar oynayanlar da olub.

“Thy-Marcinelle” şirkəti pullların səhvən göndərildiyini açıqlayıb və həmin pulları geri tələb edib. 230 nəfərin çalışdığı fabrikdə neçə işçinin hesabına pul yüklənildiyi bilinmir.

Qeyd edək ki, “Thy-Marcinelle”də işçilərin aylıq maaşı 1600 avro civarındadır.