Şəhvət oyunu davam edir... - Rekord yenilənmədi

Şəhvət oyunu davam edir...
Oxunma sayı: 3285

E. L. Ceymsin romanından ilhamlanaraq ərsəyə gələn “Fifty shades of grey” (Bozun 50 çaları) adlı istehsalın üçüncü  filmi “Fifty Shades Freed” gələn il tamaşaçılara təqdim olunacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, səs-küylü ekran işinin premyerası fevral ayında baş tutacaq. Dakota Johnsonun canlandırdığı Anastasia Steele və Jamie Dornanın oynadığı Christian Grey obrazlarının şəhvət oyunu davam edəcək.

Artıq filmin tanıtım çarxı yayımlanıb və 24 saat ərzində 6 milyondan çox izlənilib.

Bu məqamda qeyd edək ki, filmin ikinci versiyası ötən il 24 saatda 114 min baxılaraq rekord qırmışdı. 

Xatırladaq ki, dünyanın 52 dilinə tərcümə edilən, 100 milyon nüsxəsi satılmış “Bozun 50 çaları” kitabı əsasında çəkilən film erotik səhnələrinə görə bir çox ölkələrdə etirazla qarşılanmışdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi