“Səhvi varsa, cəzalanmalıdır” - Baş məşqçi Təmkin haqda

sehvi-varsa-cezalanmalidir
Oxunma sayı: 1209

Azərbaycan Premyer Liqasında 25-ci turun “Sabah” - “Neftçi” (0:2) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elşad Əhmədov jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:

“Oyun haqda çox danışmaq olar. İlk hissə yaxşı oynadıq. Bu mövsüm “Neftçi”dən xal ala bilməmişik. Qırmızı vərəqə epizoduna yenidən baxacam”.

- Təmkin Xəlilzadənın qovulmasına səbəb nədir?

- Daxili intizamı pozub. Klubdaxili məsələ olduğuna görə açıqlamaq düz olmaz. Səhvi varsa, cəzalandırılmalıdır. Bu yaxınlarda daha dolğun açıqlama veriləcək.

- İlk qolda Saşa Stamenkoviçin səhvi var idimi?

- Qol epizodunda səhvi var idi, çıxara bilərdi. Saşa bizim üçün lazımlı futbolçudur. Biz 3-cü yerə qalxanda bu futbolçuların rolu yüksək idi.

- İki hissə arasındakı bu qədər fərqin olması qırmızı vərəqəylə bağlı idi?

- Bəli. “Neftçi” kimi komandaya qarşı azlıqda oynamaq çətindir.

- Mövsümü belə bitirsəniz, rəhbərlik razı qalacaqmı?

- Çempionata başlayanda əsas məqsədimiz liqada qalmaq idi. Yuxarı yerlərdə olmaq istəyirik. Bacardığımız qədər irəliləmək istəyirik. Çempionat qurtaranda rəhbərlik son fikrini deyəcək.