Səid Dadaşbəyli vaxtından əvvəl azadlığa çıxmaq istəyir

seid-dadasbeyli-vaxtindan-evvel-azadliga-cixmaq-isteyir
Oxunma sayı: 1115

Bir neçə gün öncə 4 məhbus vaxtından əvvəl azad edilmələri ilə  bağlı müvafiq məhkəmələrə ərizə təqdim ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Rəsul Cəfərov sosial şəbəkədə yazıb. O, həmin şəxslərin adlarını açıqlayıb:

Səid Dadaşbəyli - 13 il 6 aydan 1 il 3 ayı qalıb

Cahangir Kərimov (Səidlə birgə həbs edilib) - 13 il 6 aydan 1 il 3 ayı qalıb

Ceyhun Əliyev (Səidlə birgə həbs edilib, hazırda Hepatit-B xəstəliyindən də əziyyət çəkir) - 14 ildən 1 il 9 ayı qalıb

Ziya Əsədli (jurnalist) - 3 ildən 1 il 4 ayı qalıb”.

Günel Türksoy