Səid Nursi kim olub?

seid-nursi-kim-olub
Oxunma sayı: 2729

Bəli o şəxsə (Said Nursiyə), hələ uşaq ikən və heç bir təhsil almadan nüfuzunu saxlamaq üçün üç aylıq təhsil müddəti ərzində əvvəlkilər və sonrakılarla bağlı biliklər, Allah vergisi olan gizli elmlər, əşyanın həqiqəti, kainatın sirləri və ilahi hikmət verilmişdir ki, indiyə qədər belə elmi dərəcəyə heç kim nail olmamışdır.2

Əslində iyirmi il təhsil tələb edən elm və fənlərin qısa xülasəsini üç ayda öyrənib tamamlamışdır.3

Bəli, üç aylıq təhsili olan və qırx ildən bəri Qurani-Kərimdən başqa kitabla məşğul olmayan, yüz otuzu türk dilində, on beşi ərəb dilində olan əsərlərini yazarkən heç bir kitaba müraciət etmədiyi, hələ həyatda olan katibləri tərəfindən şahidlik edilən, demək olar ki, kitabxanası da olmayan, yarı-savadsız bir şəxs...4

“Risalei-nur” müəllifi, mədrəsə şəraitində on beş illik dərs müddətində oxunan kitabları yalnız üç ayda öyrənmişdir.5

SAİD NURSİNİN MƏDRƏSƏ HƏYATI

Ciddi həvəslə təhsil almağı qarşısına məqsəd qoydu və bu niyyətlə bölgələri İsparit ocağı daxilində olan Tağ kəndində Molla Mehmet Əmin Əfəndinin mədrəsəsinə getdi.

Lakin orada çox dayanmadı. Təbiət etibarilə daim şərəfini qoruması və hətta əmr şəklində deyilən ən kiçik sözə də dözməməsi onun mədrəsədən ayrılmasına səbəb
oldu. O, yenidən Nursa qayıtdı.

Nursda mədrəsə olmadığına görə, dərsini böyük qardaşının həftədə bir dəfə doğma məkanına gəldiyi günlərə həsr edirdi. Bir müddət sonra Pirmis kəndinə, sonra isə Hizan şeyxinin yaylasına getdi. Onun burada da hökmlərə dözməməsi dörd tələbə ilə yola getməməsinə səbəb oldu.6

Yay fəslində əhali və tələbələrlə birlikdə Şeyxan yaylasına getdilər. Orada qardaşı Molla Abdullahla bir gün mübahisə edir. Tağı mədrəsəsinin müəllimi Mehmet Əmin Əfəndi kiçik Saidə:

- Nə üçün qardaşının əmrindən çıxırsan?, - deyə işə qarışmışdı.

İçində dayandıqları mədrəsə məşhur şeyx Əbdürrəhman həzrətlərinin olduğuna görə, müəlliminə belə cavab verir:

- Hörmətli insan, bu təkyədə (və ya təkkə - zikr evi, dərs keçmək üçün toplanılan yer) olduğunuza görə siz də mənim kimi tələbəsiniz. Deməli, burada müəllimlik etmək haqqınız yoxdur!, - deyərək, insanların gündüz belə çətinliklə keçdiyi böyük meşədən gecə ikən keçərək Nursinə gəlir.7

(...) Oradan çıxaraq böyük şeyxlər məkanı olan Ğayda qəsəbəsinə gedir. Orada isə Molla Muhəmməd Əfəndi ilə mübahisəsi düşür. Molla Muhəmmədin xəncər çəkməsindən sonra kənarda gördüyü baltanı götürür. O əsnada digər tələbə başından yaralandıqda mədrəsə həyatından uzaqlaşaraq atasının yanına gələrək deyir:

«Mən artıq tam böyüməsəm, oxumağa getməyəcəyəm. Çünki bütün tələbələr böyükdürlər. Onlara gücüm çatana qədər evdə qalacağam". Həmin qışı evdə qalır.8

Yazda isə atasından icazə alaraq təhsil almaq üçün Arvas tərəflərə gedir. Burada müəllimlik edən məşhur Molla Mehmet Əfəndi, ona dərs keçməyi özünə sığışdırmayıb tələbələrindən birinə müəllimlik etməsini tövsiyə edəndə, bu, onun şərəfinə toxunur. Bir gün bu məşhur müəllim məsciddə dərs keçərkən Molla Said etiraz edərək:

- Müəllim, elə deyil!, - deyir və onun dərs keçməsini bəyənmədiyini bildirir. Orada bir müddət qaldıqdan sonra Mir Həsən Vəli mədrəsəsinə gedir.

Aşağı siniflərdə oxuyan yeni tələbələrə əhəmiyyət verilməməsinin bu mədrəsədə bir növ adət halını aldığını başa düşdükdə sıra ilə keçilməsi zəruri olan yeddi dərs kitabından uzaqlaşaraq, səkkizinci kitabdan oxuduğunu deyir.9

(...) Ərzurum Vilayətinə aid olan Bayəziddə şeyx Mehmet Cəlali Həzrətlərindən aldığı bu həqiqi və ciddi təhsili üç aya yaxın davam etmişdir. Qəribəsi odur ki, şərqi-Anadolunun tədris üsulu ilə "Molla məscid"dən sonuna qədər nüsxələri oxuyub tamamladı. Buna da hər kitabdan bir və ya iki dərs olmaqla tam on dərs alaraq nail oldu və digərlərindən uzaqlaşdı.

Müəllimi şeyx Mehmet Cəlali Həzrətləri ondan nə üçün belə etdiyini soruşduqda, Molla Said dedi: “Bu qədər kitabı oxuyub başa düşmərəm. Lakin bu kitablar bir ləl-cəvahirat qutusudur ki, açarı sizdədir. Sizdən yalnız bu qutuların içində nə olduğunu mənə göstərməyinizi istəyirəm. Yəni bu kitabların nədən bəhs etdiklərini başa düşüb sonda xarakterimə uyğun olanları oxuyaram”.

Məqsədi isə öz xarakterində mövcud olan icad və dəyişiklik düşüncəsini mədrəsə metodlarında göstərmək və müəyyən dəyişiklik yaratmaq, bir çox izahat və şərhlərlə vaxtı puç etməmək idi.

Bu minvalla normal halda 20 il təhsil tələb edən elm və fənlərin qısa xülasəsini üç ayda əldə edib tamamlamışdı. Bundan sonra müəllimlərinin, "Hansı elmin xüsusiyyətimə uyğun” olması sualına cavab kimi deyir:

- Bu elmləri bir-birindən ayıra bilmirəm. Ya hamısını bilirəm, ya da heç birini bilmirəm.

Əlinə götürdüyü hər kitabı başa düşürdü. İyirmi dörd saat ərzində "Cəmul-Cəvami"i, "Şərhul-Məvaqif", İbnul-Hacər" kimi kitabların iki yüz səhifəsini, öz-özünə başa düşmək şərtiylə oxuyurdu.10

(...) Bundan sonra Şirvandakı qardaşının yanına getdi. Orada böyük qardaşıyla ilk görüşdə aralarında belə bir qısa söhbət oldu.

Molla Abdullah:

- Sizdən sonra mən “Şərhi-Şəmsi” kitabını sona çatdırdım, siz nə oxuyursunuz?

Bədiuzzaman:

- Mən səksən kitab oxudum.

Molla Abdullah:

- Nə demək?

Bədiuzzaman:

- Nüsxələri oxuyub başa çatdırdım və sıranıza daxil olmayan bir çox kitabları da oxudum(...)11

Bir gün də bir elmi müzakirədə Van valisi mərhum Tahir Paşa ilə Said Nursinin münasibətləri pozulur və o, revalverlə Tahir Paşanı vurmaq istəyir.12

İmam Qəzzali, “İhya” əsərinin, tələbənin əməl edəcəyi əxlaq bölümündə belə deyir:

Elmdə təkəbbürlük edib müəllim qarşısında özünü çox bilən kimi aparmamalıdır. Əksinə, cahil xəstə səlahiyyətli həkimi dinləyib qəbul etdiyi kimi, bütün varlığı ilə hər məsələdə müəllimin əmrinə tabe olub onun bütün nəsihətlərinə diqqət etməli və onları qəbul etməlidir. Ona yaraşan, daim müəlliminə qarşı sadə olub, ona xidmət etməyi özünə şərəf bilməsidir.

Bu səbəbdən deyildi:

"Sel, yüksəklərin düşməni olduğu kimi, elm də təkəbbürlük edən tələbələrin düşmənidir".

Elm yalnız təvazökar olmaq və dinləməklə əldə edilir.13

Qəzzali fikrini belə davam etdirir: “Həmçinin tələbənin əməl edəcəyi əxlaqdan biri də müəyyən sıraya riayət etməkdir. Bir fənni sona çatdırmadan digər fənnə keçmək olmaz. Çünki elmlər zəruri sıra və təsnifə bağlıdır. Onların bəzisi digərlərinə yoldur. Onlardan keçmədən digərlərinə keçmək mümkün deyil. Elmdə uğur qazananlar bu tərtibə əməl edənlərdir”.14

Dücanə Cündioğlu, “Sözlü Kültürden yazılı kültüre anlamın tarihi” adlı əsərində Osmanlı mədrəsələrində keçilən kitablara və bu kitabların mövzusuna, uzun əsrlərdən sonra dini təhsilin gəldiyi səviyyəyə toxunduqdan sonra belə deyir:

“Şübhəsiz ki, müsəlman uşaqlarına çox kiçik yaşlarından etibarən verilən bu böyük təhsil çoxəsrlik təcrübənin nəticəsiydi. Başlanğıc elmlərin, ağıl və nəqlə əsaslanan elmlərin istiqsar (çox istəmək), iqtisad (qənaət, israfdan uzaq olma) və istiqsa (araşdırma) kimi üç əsas bölümdən əmələ gəlməsi, hər bölümün də öz içində aşağı, orta və yuxarı olmaqla üç hissəyə ayrılması tələbəyə elmin pillələrini yavaş-yavaş qalxmasına kömək edir və hər mərtəbədə fərqli mətnlər tədris edilirdi.

Burada diqqət yetiriləcək ən mühüm cəhət, təhsilin mətn və müəllimə əsaslanmasıdır. Bir elmdə nüfuzlu olmaq, demək olar ki, o elmin müəyyən başlıqlı mətnlərində nüfuzlu olmaqla eyni idi. Bir mövzunu bilmək, o mövzuda yazılan mətnləri bilmək demək idi. Çünki oxuduğunuz mətnlər, həmin elmdəki səviyyənizi göstərir. İstiqsar mərtəbəsində olduqda iqtisad mərtəbəsindəki mətnləri və ya istiqsarın aşağı mərtəbəsində olduqda orta mərtəbədəki mətnləri oxumağınıza icazə verilmirdi.

Tələbələr bu mətnləri özləri tək oxuyaraq elm yolunda müəyyən məsafə qət edirdilər?
Xeyr! Çünki bu mətnlər, onları tədris edəcək müəllim olmadan tələbəyə danışmazdılar və hamısı da bir müəllimin nəzarəti altında oxunacaq şəkildə yazılmışdı. Bu səbəbdən bir mətni oxumağınız tək halda kifayət etmir, əksinə o mətni kimin əsərindən oxuduğunuz da əhəmiyyətliydi”.

Təhsilin mətn və müəllimə əsaslanması, tələbələrin hələ başdan müəyyən sıraya əsaslanan pillələri çıxmalarına kömək edir, müəllimlər olmadığı müddətdə mətnlər sanki ölürdü. Mətnləri canlandıran, onlara həyat verən alimlər idi.

Çünki tələbə həm mətnin, həm də müəllimin tələbəsiydi. (...)15

Şübhəsiz ki, əsəbi, mübahisə edən və səbrsiz olan tələbə istənilən nəticəni əldə etməyi bacarmaz.

Din.az
İstifadə olunan kitablar
________________________________________
1. «Şualar», 434, On dördüncü Şua/Bədiuzzamanın Afyon məhkəməsində müdafiəsi və məktubları, Nur tələbələrinin Afyon məhkəməsində həqiqəti «Mudafiələri»/Əhməd Feyzinin müdafiəsidir.
2. «Şualar», 542, On beşinci Şua/əl-dəlilu`z-Zəhra/”Risaleyi-nur nədir?” və “Həqiqətlərə əsasən Risaleyi-nur və təcüməçisinin mahiyyəti nədir” təkriznamədir (bir əsəri mədh edən yazı); Bədiuzzaman Said Nursi (Bundan sonra bu kitabı “Tarihçeyi-hayat” kimi göstərəcəyik), 579, «Afyon hayatı»/Risaleyi-nur nədir? Bədiuzzaman kimdir?
3. «Tarihçeyi-hayat», 34, ilk həyatı.
4. «Sözlər», 703, Təşrini-sani (1950) də Ankara Universitetində (...) konferansdır.
5. «Sikkeyi-tasdiqi-ğaybi», 78, Birinci Şua/ikinci xəbərdarlıq.
6. «Tarihçeyi-hayat», 31, ilk həyatı.
7. «Tarihçeyi-hayat», 32, ilk həyatı.
8. «İctimai Reçeteler» I, 9, «Tarihçeyi-hayat»/Latife.
9. «Tarihçeyi-hayat», 32-33, ilk həyatı; «İctimai Reçeteler» I, 9-10, «Tarihçeyi-hayat»/Latife.
10. «Tarihçeyi-hayat», 33-34, ilk həyatı.
11. «Tarihçeyi-hayat», 35, ilk həyatı/O zamankı həyatına qısa baxış.
12. «İctimai Reçeteler» I, 25, «Tarihçeyi-hayat».
13. Zeynuddin Əbu Həmid əl-Qəzzali, “İhyau Ulumi`d-Din”, tərc. Əhməd Sərdaroğlu, “Bədr” nəşriyyatı, İstanbul 1989,
1/128-129.
14. Qəzzali, «İhya», 1/133.
15. Dücanə Cündioğlu, “Sözlü Kültürden yazılı kültüre anlamın tarihi”, “Kaknus” nəşrləri, İstanbul 2005, 127-128.