Səidə sevgilisindən ayrıldı - “Ətrafına görə dəyişdi”

Səidə sevgilisindən ayrıldı
Oxunma sayı: 2144

Müğənni Səidə Sultan sevgilisindən ayrılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə ifaçının özü “ATV maqazin onlarla” verilişinə açıqlamasında bildirib.

Səidə söyləyib ki, eşq düşdüyü şəxsin dostları onları ayırıb:“Hər şeyimi verdim, nə olsun? Dedim ki, get, amma mən yaxşı oğlana ərə gedəcəm və bunu sübut edəcəm. Mənim də bir bezən vaxtım oldu. Mən pisəm, siz yaxşı olun. Nə edə bilərəm? Sevirsən, ətrafı başlayır ki, yaxşı oğlandı, niyə Səidəyə qismət olsun? Gəlin bunu ayıraq. Sənin qızın da böyüyür, nə bilmək olur. 

İllərlə davam edən münasibətim var idi. O sevgini göstərib, sonra cılızlaşan insan qabağıma çıxdı. Ətrafına görə sevgisi dəyişdi, cılızlaşdı. O ətrafa Allah lənət eləsin. Mən sevgidən ötrü canımı da verərəm, ölərəm, “of” da demərəm. Ər xatirinə ərə getmərəm. Getsəm, yaxşı oğlana gedəcəm. Getməsəm də, qalacam. Qadını yaxşı edən də, pis yola salan da kişidir”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi