Səidədən plagiat açıqlaması - “Utanılası nə var?”

Səidədən plagiat açıqlaması
Oxunma sayı: 2545

Müğənni Səidə Sultanın son “İki- iki” adlı duet layihəsinin plagiat olması barədə yayılan məlumatlara münasibət bildirib. Səidə "Qafqazinfo"ya açıqlamasında repçi Jay Hunla (Ceyhun) ifa etdiyi mahnının alban müğənni Klayde və Cen Morelin “Licky” duetindən bəhrələndiyini təsdiqləyib:

“Burda utanılası nə var? Ayıb bir şey deyil. Bütün dünya plagiatdan istifadə edir. Mahnı yenidən aranjıman edilib və əlavələr olunub.  Biz tam olaraq mahnıdan istifadə etməmişik. Ancaq xarakter olaraq bəstə eynidir. Sözləri Ceyhuna aiddir, giriş və əlavələri də onlar edib”. 

Bu məqamda bildirək ki, cütlük “Youtube” səhifəsində və instaqram paylaşımlarında mahnının müəlliflərinin adını qeyd etməyiblər. 

Xatırladaq ki, Səidənin mahnısının plagiat olma xəbərini “Primetime.az” saytı yayıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi