Səidənin klipi “Youtube”dan niyə silinib?

seidenin-klipi-youtubedan-niye-silinib
Oxunma sayı: 2051

Müğənni Səidə Sultan Jay Hun ləqəbli reperlə dostluq münasibətinə nöqtə qoyub. “Qafqazinfo” xəbər verir ki, bir müddət əvvəl yaxın dost olan, hətta duet ifa edən cütlük arasında soyuq küləklər əsməyə başlayıb. 

Ceyhunla Səidənin küsməsi hər iki şəxsin ortaq layihəsi olan “İki-İki” klipinin “Youtube”dan silinməsi ilə nəticələnib. 
Jay Hun rəqqasə Rəna (Renka) Ağamuradova və aparıcı Çinarə Əliyevanın da yer aldığı ekran işini rəsmi səhifəsindən silib. 

Onlar arasında davanın səbəbi mətbuata məlum olmasa da, Səidə Sultan ötən həftə “X maqazin” proqramında mövzu barədə qısa açıqlama verib: “Həmin klipini reklam edən şəxs anlaşılmayan biri idi. Özü tutmayan biri olduğu üçün mənim də işimə təsiri oldu. Düzünü deyim ki, özüm həmin işin üstünə çox düşmədim”.