Şəkər çuğunduru yığımları uğurla həyata keçrilib

seker-cugunduru-yigimlari-ugurla-heyata-kecrilib-
Oxunma sayı: 639

“Qafqazinfo” xəbər verir ki, İmişli Şəkər zavodunda “Şəkər Bayramı”ı keçirilib. Şəkər çuğunduru istehsalının artırılmasının dəstəklənməsi və ölkə əhalisinin şəkərə olan tələbatının daxili istehsal hesabına ödənilməsi istiqamətində müsbət nəticələrə nail olunub. “Şəkər Bayram”yüksək məhsuldarlıq əldə edən mülkiyyətçilərə şəkər tozu və kəllə qənd hədiyyə edilib.
Ölkənin çuğundur əkinləri təcrübəsinin qısa dönəmi əhatə etməsinə baxmayaraq, yerli fermerlər məhsul yığımlarını ilbəil artırır. Məhsulun şəkərlilik faizi də getdikcə artmaqdadır. İmişli Şəkər Zavodunun xammal ehtiyatlarının daxili imkanlar hesabına təmin olunması şəraiti günbəgün yaxşılaşır. Zavodun dəstəyi ilə fermerlər hər növ texnika və gübrələrlə təmin olunublar. Aqrotexniki qulluq uğurla həyata keçirilib. İki minə yaxın mükiyyətçi ilə əkin müqaviləsi bağlanılıb. Mülkiyyətçilərdən Fuzuli Rayonundan Balaxan Memmedov hektara 110 ton, İmişlidən Cebrayıl rayonundan mecburi köçkünü Əhməd Süleymanov hektara 66 ton, İmişli Rayonundan Rabil Abbadov hektara 71 ton, İmişli Rayonundan Mehman Cavadov hektara 79 ton məhsul əldə edib.
Bu il hər hektar üçün orta məhsuldarlıq 37 ton olub. İmişli şəkər zavodu məhsulun qəbul qiymətini artıraraq, hər ton şəkər çuğunduru üçün 52 AZN ödəyir. Hər 1% şəkərlilik üçün əlavə olaraq 2 AZN mükafat ödəniləcə. Zavod tərəfindən həyata keçirilən bu tədbirlər nəticəsində mülkiyyətçilər keçən illərlə müqayisədə hektara 200-250 AZN əlavə mənfəət götürəcək.