“Şekerpare” illər sonra ortaya çıxdı - Fotolar

sekerpare-iller-sonra-ortaya-cixdi
Oxunma sayı: 2915

1983-cü ildə istehsal olan “Şekerpare” filminin baş qəhrəmanı, aktrisa Yaprak Özdemiroğlu illər sonra ortaya çıxıb. 

“Qafqazinfo” xəbər verir ki, serial və filmlərdən uzaq gəzən, mediadan qaçan aktrisa sevgilisi Kemal Öztürklə görüntülənib. 

“Çeşmeyə köçmüşük. Orada çox rahat və sakit bir həyatımız var. Yeni layihələr var, məni kinolara dəvət edirlər.  Amma bir müddət bu arenadan uzaq olmaq istəyirəm” – deyə Özdemiroğlu bildirib. 

Qeyd edək ki, aktrisa Atıf Yılmazın rejissorluq etdiyi filmdə aktyor İlyas Salmanla rol alıb.