“Şəki pitisinə vuruldum” - Rusiyanın Xalq artisti + Fotolar

seki-pitisine-vuruldum
Oxunma sayı: 5683

Bir neçə gün əvvəl həyat yoldaşı – Azərbaycanın Xalq artisti Yusif Eyvazovun vətəninə gələn Rusiyanın Xalq artisti, opera ulduzu Anna Netrebko ölkəmizin rayonlarını qarış-qarış gəzir.

“Qafqazinfo”nun məlumatına görə, ifaçı həyat yoldaşı və oğlu Tyaqo ilə bərabər yollandığı məkanlar haqda fikirlərini yarım milyonluq İnstaqram hesabında bölüşür.  Əvvəlcə Şamaxıya yollanan A. Netrebko daha sonra Şəkiyə səfər edib.

“Şəki pitisinə vuruldum. Sovet dövrünün ət konservinə bənzəyir, amma bu, qoyun əti, noxud və sarı gavalıdır”, - Xalq artisti sosial şəbəkə hesabında yazıb.

A.Netrebko Şəkidə bazarı, Karvansarayı və Xan sarayını ziyarət edib. O, orada özünə və rəfiqələrinə məşhur Şəki kəlağayıları alıb. Daha sonra Kiş kəndinə yollanan opera ulduzu orada XII əsrə aid qədim xristian məbədinə baş çəkib.