Şəkidə 12 yaşlı uşağı it dişləyib

sekide-12-yasli-usagi-it-disleyib
Oxunma sayı: 941

Şəkidə 12 yaşlı uşağı sahibsiz it  dişləyib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Qayabşı kənd sakini, 2006-cı il təvəllüdlü Murad Habil oğlu Babayev it dişləməsi xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət edib.

MRX-dan APA-ya verilən məlumata görə, Murad Babayev yaşadığı kəndin ərazisində küçə ilə gedərkən sahibsiz it ona hucum edərək sol ayağının bud və baldır nahiyəsindən dişləyib. Murad Babayeva lazımi tibbi yardım edilib, quduzluq əleyhinə qarşı peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.