Şəkidə 500 hektar sahə yandı

sekide-500-hektar-sahe-yandi
Oxunma sayı: 1343

Şəkidə böyük ərazidə baş verən yanğının qarşısı alınıb.

“Qafqazinfo”nun FHN-in saytına istinadən verdiyi məlumata əsasən, Şəki şəhərinin Dərəcənnət və Təpəcənnət kəndləri ərazisində quru ot və kol-kos 550 ha sahədə yanıb.

Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.