Şəkidə 59 yaşlı qadını bir ayda iki dəfə ilan sancdı

sekide-59-yasli-qadini-bir-ayda-iki-defe-ilan-sancdi
Oxunma sayı: 2851

Bu gün günorta saat 12 radələrində rayonun Kiçik Dəhnə kənd sakini 1959-cu il təvəllüdlü Nuxta Rəsul qızı Xudaverdiyeva ilan sancması xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

 "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, 59 yaşlı N. Xudaverdiyeva yaşadığı evin həyətyanı sahəsində kartof çıxaran zaman ilan qəfildən onun sağ əlinin dördüncü  barmağından sancıb. N. Xudaverdiyevaya lazımı tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Məlumatda bildirilir ki, N. Xudaverdiyev bir ay əvvəl də ilan sancması diaqnozu ilə Şəki MRX-da müalicə alıb.