Şəkidə avtomobil ağaca çırpıldı - 2 ölü, 3 yaralı

sekide-avtomobil-agaca-cirpildi
Oxunma sayı: 1155

Şəkidə baş verən ağır yol qəzasında iki nəfər ölüb, daha üç nəfər isə xəsarət alıb.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə bu gün axşam saat 23 radələrində Qaraməryəm-İsmayıllı- Şəki magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verib. Hələ ki şəxsiyyəti müəyyənləşməyən sürücü idarə etdiyi “VAZ 2106” markalı 10 BP 018 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb.  Daha sonra maşın ağaca yaxınlıqdan keçən qaz xəttinə dəyərək xətti qırıb.
 
Qəza nəticəsində hadisə yerində ölən və avtomobildə sıxılmış vəziyyətdə qalan iki nəfərin cəsədi hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Qəza zamanı xəsarət alan daha üç nəfər isə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar. Hazırda ölən və yaralananların şəxsiyyətləri müəyyənləşdirilir.

Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.