Şəkidə azyaşlı baçı-qardaşı kəsəyən, daha iki uşağı isə it dişləyib

Şəkidə azyaşlı baçı-qardaşı kəsəyən, daha iki uşağı isə it dişləyib
Oxunma sayı: 913

Şəkidə azyaşlı baçı-qardaşı kəsəyən, daha iki uşağı isə sahibsiz it dişləyib.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bu gün səhər saatlarında rayonun Cuma kənd sakinləri,  2016-cı il təvəllüdlü İmarət Polad qızı Məcnunova sol baldır nahiyəsinin,  onun 2014-cü il təvəllüdlü qardaşı Aslan isə başın alın nahiyəsinin kəsəyən dişləməsi xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar.
 
Günorta saatlarında isə Şəki şəhər sakini, 2005-ci il təvəllüdlü Murad Kazım oğlu Əhmədov döş qəfəsinin sağ hissəsinin it dişləməsi, rayonun Sarıca kənd sakini, 2005-ci il təvəllüdlü Allahverdi Ziyad oğlu Rüstəmov isə sol diz nahiyəsinin it dişləməsi xəsarəti ilə MRX-yə yerləşdiriliblər.
 
MRX-dan verilən məlumata görə, onlara lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulduqdan sonra evə buraxılıblar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi