Şəkidə istirahət kompleksi yaradılacaq

sekide-istirahet-kompleksi-yaradilacaq
Oxunma sayı: 1252

“Qafqazinfo” xəbər verir ki, Bakı Dövlət Layihə İnstitutunun layihə baş mühəndisi Əhliman Şükürlü AzərTAc-a bildirmib ki, kompleksdə qonaqların rahat və mənalı istirahətinin təşkili üçün zəruri binalar və mühəndis qurğuları – 7 mərtəbəli mehmanxana, restoran, SPA mərkəzi, əyləncə və ticarət mərkəzləri, kafe, yay teatrı, qeydiyyat və xidmət evi, 16 ədəd 3-4 otaqlı kotteclər layihələndirilib.

Bundan əlavə, açıq havada dincəlmək və idmanla məşğul olmaq üçün meydançalar, istirahət guşələri, dekorativ hovuz və fəvvarələrin tikilməsi nəzərdə tutulub. Ərazidəki göldən su əyləncələri üçün istifadə olunacaq, gölün üzərində körpü quraşdırılacaq.

Kompleksin normal fəaliyyət göstərməsi üçün layihəyə bir sıra xidməti tikililər də daxil edilib. Bunlar yanğınsöndürmə və içməli su çənləri, su təmizləyici qurğu, nasosxana və qazanxana, transformator yarımstansiyası, avtomobil dayanacaqlarıdı.

Ərazidə sıradan çıxmış yaşıllıqların bərpası, yol və səkilərin kənarında, istirahət guşələrində yerli iqlim şəraitinə uyğun ağac və gül kollarının əkilməsi planlaşdırılıb.