Şəkidə it 11 yaşlı uşağı baldırından dişlədi

Şəkidə it 11 yaşlı uşağı baldırından dişlədi
Oxunma sayı: 761

Bu gün axşam saatlarında Şəki rayonunun Çolaqlı kənd sakini 2007-ci il təvəllüdlü Murad Nizami oğlu Abdullayev it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
 
“Qafqazinfo” xəbər verir ki, MRX-dan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, 11 yaşlı M. Abdullayev yaşadığı kəndin ərzisində küçə ilə gedərkən sahibsiz itin hücumuna məruz qalıb.
 
İt M. Abdullayevin sağ ayağının baldır nahiyəsindən dişləyib. Murad Abdullayevə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi