Şəkidə maraqlı olay

sekide-maraqli-olay
Oxunma sayı: 652

“Qafqazinfo”ya bu barədə açıqlama verən Şəki şəhər sakini N. Səlimova mağazasının sökülməsinə etiraz olaraq ötən il intihar edən Hikmət Səlimovun həyat yoldaşıdır. Qadının sözlərinə görə, həyat yoldaşının ölümündən sonra naməlum şəxslər onun uşağının adına olan “Zil” markalı yük maşınını Apelyasiya Məhkəməsinin qərarı ilə onlardan alıblar. N. Səlimova yük maşınının onlara məxsus olmasına dair bütün hüququ sənədlərə sahib olduğunu iddia edərək maşının onların əlindən qanunsuz olaraq alındığını deyir. Qadının sözlərinə görə, məhkəmə yük maşınının onun əlindən alınmasına əsas kimi maşının bir vaxtlar həmin şəxslərə məxsus olmasını göstərib. N. Səlimova bildirib ki, həmin naməlum şəxslər bir neçə dəfə ona zəng edərək maşını onun əlindən alacağına dair hədə-qorxu gəliblər.

Qeyd edək ki, Hikmət Səlimov Şəkidə mağazasının məhkəmə hökmü olmadan sökülməsinə etiraz edərək Kiş çayının üzərindəki körpüdən özünü ataraq intihar edib.