Şəkidə odlu silahdan atəş açan şəxslər tutulub

sekide-odlu-silahdan-ates-acan-sexsler-tutulub
Oxunma sayı: 635

Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda deyilir ki, polis şöbəsində Yalçın Əsgərzadənin idarə etdiyi “Toyota Land Cruser Prado” markalı avtomobilə baxış zamanı 1 ədəd “Makarov” tipli tapança, 1 ədəd patron darağı və 12 ədəd patron, Anar Şəfiyevin idarə etdiyi “VAZ- 21154” markalı avtomobildən isə 4 ədəd tapança patronları aşkar olunaraq maddi sübut kimi götürülüb.
Fakta görə Şəki şəhər Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.