Şəkidə oğul anasını baltaladı

sekide-ogul-anasini-baltaladi
Oxunma sayı: 632

“Qafqazinfo”nun APA-a istinadən verdiyi məlmata görə, hadisə Şəki rayonunun Turan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Zeynallı İntiqam Qəhraman oğlu ailə münaqişəsi zəminində anası - 1956-cı il təvəllüdlü Zeynallı Firəngiz Orucəli qızının baş və ağız nahiyəsinə balta ilə xəsarət yetirib. F. Zeynallı aldığı xəsarətlərlə Şəki Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun durumunun orta-ağır olduğu bildirilir. Hadisəni törədən oğul isə istintaqa könüllü təslim olub.

Faktla bağlı Şəki şəhər Prokurorluğunda cinayət işi başlayıb, istintaq aparılır.

İ. Zeynallının narkotik vasitələrin aludəsi olduğu bildirilir. Onun atası Qəhrəman Zeynallı narkotik vasitələrin qanunsuz dövriyyəsinə gərə həbs edilib, hazırda məhkəməsi gedir.