Şəkidə qəza - Yaralanan var

sekide-qeza
Oxunma sayı: 1596

Bu gün səhər saatlarında Şəkidə qəza baş verib.

"Qafqazinfo "xəbər verir ki, hadisə Yevlax-Balakən-Gürcüstan yolunun 72-ci kilometirliyində, Şəkinin Cumakənd kəndindən keçən hissəsində baş verib.

Belə ki, kənd sakini 1963-cü il təvllüdlü  Mikayılov Məmməd Mirzəli oğlunun idarə etdiyi "pruyora" markalı minik avtomobili ilə, Şəkinin Göybulaq kənd sakini 1994-cü il təvəllüdlü Əhmədov Ruslanın idarə etdiyi "jiquli "markalı avtomobil toqquşub.

Hadisə nəticəsində "jiquli"nin sürücüsü xəsarət alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparıllr.

Mübariz Muradov