Şəkidə silahlı şəxslər saxlanıldılar

sekide-silahli-sexsler-saxlanildilar
Oxunma sayı: 650

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 fevral 2013-cü il tarixində Şəkinin “Daşqaya”adlanan ərazisində axşam saatlarında odlu silahdan havaya atəş açaraq hadisə yerindən qaçan 2 şəxs saxlanılıb.

Belə ki, əməliyyat axtarış tədbirləri zamanı Şəki şəhər sakini Əsgərzadə Yalçın Hüseynağa oğlu və Mingəçevir şəhər sakini əvvəllər məhkum olunmuş Şəfiyev Anar Fəxrəddin oğlu saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Keçirilimiş əməliyyat zamanı saxlanılan şəxslərin avtomobillərinə baxış keçirərkən Şəki şəhər sakininin idarə etdiyi 90-KV-101 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobildən 1 ədəd daraq ilə birlikdə “Makarov” tapançası, darağın içində 4 ədəd, avtomobilin ön oturacağında isə 8 ədəd güllə aşkar olunub. Həmçinin Mingəçevir sakininin idarə etdiyi 45-BG-845 dövlət nömrə nişanlı "VAZ-21154" markalı avtomobilə baxış keçirərkən qabaq oturacağın altından 4 ədəd "Makarov" tapançasına məxsus güllə aşkarlanıb. Saxlanılan şəxslərin sorğusu zamanı isə həmin şəxslər əməllərindən peşman olduqlarını bildiriblər.

Faktla bağlı Şəki ŞRPŞ-nın istintaq bölməsində araşdırmalar aparılır.