Şəkidə traktorlardan ibarət toy karvanı - Video

sekide-traktorlardan-ibaret-toy-karvani
Oxunma sayı: 2398

Şəkinin Öryət kənd sakini Ümid Əsgərovun toyunda dostları ona sürpriz hazırlayıblar.

“Qafqazinfo” “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, onlar bəyin özünün də tarktorçu olduğunu nəzərə alaraq toy günü kənddəki bütün traktorlarla toy karvanına qoşulmaq qərarına gəliblər.

Ümid Əsgərovun qeyr-adi bu toy karvanından xəbəri olmayıb. Yalnız küçədə traktorlarla rastlaşdıqda məsələnin nə yerdə olduğunu anlayıb.

Traktorlar kənddən 10-15 kilmetrlik məsafədə, rayon mərkəzində yerləşən şadlıq sarayına qədər gəlin maşınını müşayiət ediblər.