Şəkidə yeni Bakcell Satış və Xidmət Mərkəzi açıldı

sekide-yeni-bakcell-satis-ve-xidmet-merkezi-acildi
Oxunma sayı: 823


Heydər Əliyev prospekti 90 ünvanında yeləşən mağaza şənbə və bazar günləri daxil olmaqla hər gün Bakcell abunəçilərinin xidmətində olacaq və onlara tamçeşiddə xidmətlər təqdim edəcək. Satış və xidmət mərkəzi ən son texnologiyalarla və müasir avadanlıqlarla təchiz olunub.

“Məqsədimiz bütün regionlarda Bakcell abunəçilərinə ən yüksək səviyyədə  xidmət göstərmək və bu xidmətləri təqdim edən  mərkəzləri abunəçilərimiz üçün daha yaxın və əlçatan etməkdir. Bu məqsədlə biz ölkənin bütün regionlarında satış və xidmət şəbəkəsini genişləndiririk ”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib. 

Bakcell Satış və Xidmət Mərkəzi Cin, Klass və Gold abunəçiləri üçün tam çeşiddə məhsul və xidmətlərlə yanaşı ən son model telefonlar, planşetlər və aksesuarların satışını abunəçilərə təqdim edir. 

300- dən artıq pərakəndə satış nöqtəsi, o cümlədən paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.