Şəkidəki ağır qəzada qadın öldü - 4 yaralı var

sekideki-agir-qezada-qadin-oldu
Oxunma sayı: 1051

Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 12-də saat 15 radələrində qeydə alınıb.  Rayonun Qayabaşı kəndi ərazisində Ağdam rayon sakini S.Nağıyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili aşırıb.

Nəticədə sərnişinlərdən Laçın rayon sakini Elyana Nağıyeva hadisə yerində ölüb, sürücü və digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.