Şəkidəki yanğınla bağlı rəsmi məlumat

sekideki-yanginla-bagli-resmi-melumat-
Oxunma sayı: 984


“Qafqazinfo” nun nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün saat 02:51 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telifon xəttinə Şəki şəhərinin Mərkəzi bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğının söndürülməsi üçün hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində müvafiq işlər davam etdrilir. Hələlik yanğının qrşısının alınmadığı bildirilir.

***

Şəki şəhərində ümumi sahəsi 2125 kv.m olan geyim yarmarkasının yanar konstruksiyaları və içərisində olan mallar 1200 kv.m sahədə yanıb. Yarmarkanın qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 06:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.