Səkkiz ayda 23,7 milyard dollarlıq ticarət əməliyyatı aparmışıq

sekkiz-ayda-237-milyard-dollarliq-ticaret-emeliyyati-aparmisiq
Oxunma sayı: 634

Dövlət Statistika Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, əmtəə mübadiləsinin 4,0 milyard dolları MDB üzvü dövlətləri, 19,7 milyard dolları digər ölkələrlə həyata keçirilib. 2010-cu ilin səkkiz ayı ilə müqayisədə ölkə üzrə xarici ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 5,9 faiz, o cümlədən MDB üzvü dövlətləri üzrə 30,0 faiz, digər dövlətlər üzrə isə 2,4 faiz çox olub. Xarici ticarət dövriyyəsinin 17,8 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 5,9 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil edib, 11,9 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.

Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (81,3 faizi) İtaliya, Fransa, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Ukrayna, Türkiyə, Malayziya, İndoneziya, Almaniya, İsrail, Belarus, Çin və Gürcüstan dövlətləri ilə aparılıb.

Nigar Məmmədli