Səkkiz kiloqram narkotik tutuldu

sekkiz-kiloqram-narkotik-tutuldu
Oxunma sayı: 1046

Biləsuvar sakininin avtomobilindən külli miqdarda narkotik aşkar edilib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, dekabrın 11-də rayonun Xırmandalı kəndi ərazisində “Ford-transit” markalı avtomobil saxlanılıb. 

Salyan rayon sakini Şahin Qəfərovun idarə etdiyi həmin nəqliyyat vasitəsindən çəkisi 8 kiloqram 55 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.