Səkkiz söyüd kəsən 2450 manat cərimələndi

Səkkiz söyüd kəsən 2450 manat cərimələndi
Oxunma sayı: 83

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi növbəti reyd keçirib. 

"Qafqazinfo" xəbər verir ki, keçirilən reyd zamanı Lənkəran rayonu Aşağı Nüvədi bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində 24-40 sm diametrdə yaşköküstə 8 söyüd ağacının kəsildiyi aşkar olunub.

Araşdırma zamanı ağacların Aşağı Nüvədi qəsəbə sakini Ramik Bağırov tərəfindən kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub və  qanun pozucusuna 2450 manat məbləğində ziyan tətbiq edilib. 

Qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və R.Bağırov barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Lənkəran şəhər  Prokurorluğuna  göndərilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi