“Şəklimi falçılarda görüblər” - Məleykə

seklimi-falcilarda-gorubler
Oxunma sayı: 1179

“Şükür ki, Allah mənə insanları sevmək eşqi verib. Özüm özümə deyirəm ki, Ay Məleykə, sən heç bu zəmanənin adamı olmadın. Xarakterimə görə həyatda çox şeylər itirdim. Özümü çox sevirəm, hörmət edirəm. Paxıllıq hissi insanı çürüdür”.  

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova “X maqazin”ə açıqlamasında bildirib. 
Məşhur aktrisa proqramda ona cadu etdiklərini də bildirib:

“Mən tanıyan şəxslər deyib ki, müxtəlif falçıların yanında şəkillərimi görüblər. Son 10 ildə daha belə şeylərin olduğunu bilmişəm. Amma heç vaxt yaxınıma buraxmamışam. Tutaq ki, elədikləri cadu məni həyatıma mane oldu. Geci, tezi var, pislik edən insanın hər şey özünə qayıdacaq. Bunları ürəyimə salmıram. Hamıya demişəm ki, neqativ şeyləri mənə deməyin, yerində onların cavabını verin”. 

Bundan əlavə, M. Əsədova mətbəxlə arasının yaxşı olmadığını vurğulayıb: “Xörək bişirməyi bacarmıram, təkcə buğlama hazırlaya bilirəm. Bunu da dəfələrlə demişəm. Yeməyin iyisi gələndə ürəyim bulanır.  İnsan var ki, qoxu gələndə yemək istəyir, amma məndə fərqlidir”.