Şekspir bu əsəri təkbaşına yazmayıb

sekspir-bu-eseri-tekbasina-yazmayib
Oxunma sayı: 672

Azerimuslims.com BBC-nin Rusiya xidmətinə istinadən bildirir ki, İngiltərənin Oksford universitetinin alimləri belə qənaətə gəliblər ki, Uilyam Şekspir çox güman ki, “Sonu yaxşı bitən hər şey yaxşıdır” pyesini təkbaşına deyil, Tomas Middltonla yazıb.

Pyesdə istifadə edilən sözləri, üslubu, qafiyələri və ifadələrin qrammatik düzülüşünü öyrənən alimlər belə nəticəyə gəliblər ki, Şekspirin digər əsərləri ilə müqayisədə “Sonu yaxşı bitən hər şey yaxşıdır” pyesi başqa bir yazıçı ilə birlikdə qələmə alınıb.

Qeyd edək ki, “Sonu yaxşı bitən hər şey yaxşıdır” komediyasının 1601-1608-ci illər arasında yazıldığı ehtimal olunur.