Sel fəlakəti 200-dən çox canaldı

sel-felaketi-200-den-cox-canaldi
Oxunma sayı: 685

Afrikanın qərbində yerləşən Syerra Leonenin paytaxtı Freetownda torpaq sürüşməsi nəticəsində 200-dən çox insan həlak olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, güclü yağışların səbəb olduğu, sel fəlakətindən soonra yüzlərlə insanın hələ də uçqunlar altında olduğu bildirilir.

Hazırda xilasetmə işləri davam etdirilir.

Axtarış işlərinə və zərərçəkənlərə yardım üçün bölgəyə əsgərlər cəlb olunub.