Sel Qəbələdə körpünü apardı

Sel Qəbələdə körpünü apardı
Oxunma sayı: 2632

Qəbələ rayonunda sel intensiv istifadə olunan körpünü dağıdıb. 

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, rayonun Tikanlı və Bum kəndləri ərazisindən keçən “Bum” çayına gələn sel suları Tikanlı kəndini rayon mərkəzi ilə birləşdirən piyada və avtomobil körpüsünü yararsız hala salıb, nəticədə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Hadisə yerinə Mülkü Müdafiə Qoşunlarının  şəxsi heyəti cəlb olunub, 77 nəfər vətəndaşa müvafiq köməklik göstərilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi