Seldə həlak olanların sayı artdı

selde-helak-olanlarin-sayi-artdi
Oxunma sayı: 2150

Rusiyanın Krasnodarsk əyalətində leysan yağışları zamanı ölənlərin sayı artıb. 

“Qafqazinfo” xəbər verir ki, tələfat 2 nəfərdən 6 nəfərə çatıb. 

Məlumata görə, ölənlər yağıntılardan ən çox zərər çəkmiş Apşeron və Tuapse bölgələrindəndir. 

O da bildirilir ki, itkin düşən şəxsin barədə hələ də məlumat yoxdur. 

Qeyd edək ki, güclü yağıntılarla əlaqədar Soçi, Tuapse və Apşeron rayonlarında 1846 ev su altında qalıb. Qeyd edilən ərazilərdə fövqəladə vəziyyət elan edilib. 

Aysel Kərimova