“Selfi çəkəndə diqqətli olun!” - Obama

selfi-cekende-diqqetli-olun
Oxunma sayı: 634

ABŞ-ın sabiq prezidenti Barak Obama Çikaqoda tələbələr qarşısında çıxış edib.

“Qafqazinfo” lent.az-a istinadən xəbər verir ki, Obama çıxışında internetlə bağlı məsələlərə toxunub.

O bildirib ki, internet istənilən şəxs barədə asanlıqla informasiya tapmağa imkan verir: "Sizə məsləhət görərdim ki, şəkil və selfi çəkdirərkən daha diqqətli olasınız".

Obamanın sözlərinə görə, internet ictimai şəxslər üçün çağırışlardan biri olub: "Əgər yuxarı siniflərdə oxuyarkən çəkdirdiyim şəkillər sizdə olsaydı, mən heç vaxt prezident olmazdım".