Səlim Müslümov bp-nin prezidentiylə görüşüb

selim-muslumov-bp-nin-prezidentiyle-gorusub
Oxunma sayı: 772



“Qafqazinfo” xəbər verir ki, bp şirkətinin Azərbaycan iqtisadiyyatındakı roluna toxunan S.Müslümov bu gün xeyli sayda insanın çalışdığı şirkətdə yerli mütəxəssislərin sayının getdikcə artmasının müsbət amil olduğunu diqqətə çatdırıb. “Hesab edirəm ki, bizim əməkdaşlığımız işçi qüvvəsinə, o cümlədən əcnəbi işçi qüvvəsinə olan tələb və təklif üzrə operativ məlumat mübadiləsinin aparılması, peşə və ixtisas standartlarının hazırlanması, neft sektorunun inkişafı ilə əlaqədar gələcəkdə tələbatın artacağı peşə və ixtisaslar üzrə proqnozların hazırlanması sahələrini əhatə edə bilər”,- deyə S.Müslümov vurğulayıb. Nazir, həmçinin əməyin mühafizəsi, işsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, ixtisasının artırılması, məşğulluqlarının təminatı və s. sahələrin də gələcək əməkdaşlıq üçün xüsusi önəm kəsb etdiyini bildirib. Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin və bp-nin bu sahələrdə əməkdaşlığına dair tədbirlər planı hazırlanır.

bp-nin regional prezidenti Q.Birrell şirkətdə işçilərin əmək potensialının keyfiyyətcə yüksəldilməsi, peşəkarlıq səviyyələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması yönündə görülən işlərdən bəhs edib. Səslənən təklifləri müsbət qarşılayan Q.Birrell deyib ki, təmsil etdiyi şirkət qeyd olunan sahələrdə əməkdaşlıq əlaqələrinin gücləndirilməsini istəyir.

Görüşdə işçi qüvvəsinə olan tələb və təklif üzrə operativ məlumat mübadiləsinin aparılması, işçilərin əmək hüquqlarının qorunması, o cümlədən əməyin mühafizəsi, peşə və ixtisas standartlarının hazırlanması, boş iş yerləri (vakansiyalar) barədə məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunması və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.