Səlim Müslümov Sabunçuda – Fotolar

selim-muslumov-sabuncuda-fotolar-
Oxunma sayı: 693

Fondun İctimaiyyətlə əlaqələr sektorundan “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə çıxış edən DSMF sədri Səlim Müslümov rayon şöbələrində yaradılan yeni infrastruktur barədə məlumat verib: “Bütün respublika ərazisində sistemin avtomatlaşdırılması və məlumatların xüsusi mühafizə olunan “mərkəzi server”də cəmləşdirilməsi son nəticədə insan amilinin rolunu aradan qaldırır, informasiya - kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmə səmərəliliyinin artırılmasına nail olunur. Son illər Fondun 70-dən yuxarı rayon şöbələrində beynəlxalq standartlara cavab verən iş yerləri yaradılıb, müasir informasiya kommunikasiya texnologiyaları tətbiq edilib”. Sabunçu rayon İcra hakimiyyətinin başçısı Əlibaba Əliyev isə yeni inzibati binanın istifadəyə verilməsini ölkəmizdə gedən iqtisadi inkişafın göstəricisinin nümunəsi kimi qiymətləndirib.
Binanın açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları burada yaradılan şəraitlə tanış olublar. S. Müslümov Fondun rayon şöbəsinin işçilərinə sığortaolunanların sayını daha da artırmaq, işləyənlərin sosial sığortaya cəlb edilməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsi üçün müvafiq tapşırıqlar verib.

Nigar Məmmədli