Səlim Müslümov şad xəbər verdi

selim-muslumov-sad-xeber-verdi
Oxunma sayı: 641

2012-ci il üçün pensiyaların maliyyələşdirilməsi yekunlaşdırılıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov məlumat verib. S.Müslümov bildirib ki, dekabr ayı üzrə pensiyaların maliyyələşməsi üçün DSMF-nin mərkəzi xəzinə hesabından tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi dekabrın 28-də başa çatdırılıb. Artıq bayrama qədər bütün pensiyaçılar öz pensiyalarını ala bilərlər: “İl ərzində əmək pensiyalarının maliyyələşdilrilməsi vaxtında həyata keçirilmiş, pensiyaların hər ay üzrə əhaliyə çatdırılması təmin olunub”.

S.Müslümov vurğulayıb ki, 2012-ci ildə Azərbaycan Respublikasının pezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, davamlı pensiya islahatları siyasəti uğurla gercəkləşdirilib. İl ərzində prezidentin əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən 2 sərəncamı uğurla icra olunub. Belə ki, müvafiq sərəncama əsasən 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 5,7 faizlik artım tətbiq olunub və əvvəlki illərdən fərqli olaraq bu artım daha böyük kontingenti əhatə edib. 2011-ci ildə həyata keçirilən islahat nəticəsində əvvəllər yalnız pensiyaların baza hissəsini alan və buna görə də indeksləşmədən kənarda qalan 482 min nəfərin də pensiyasının islahatdan sonra yaranmış sığorta hissəsi indeksləşdirilib. Nəticədə, pensiyaçıların 92,2 faizinin pensiyalarının sığorta hissəsi artırılıb.

S.Müslümov diqqətə çatdırıb ki, görülən bütün bu tədbirlər nəticəsində 2012 - ci ilin 1 oktyabr tarixinə əmək pensiyalarının orta aylıq məbləği 152 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 168 manat təşkil edib: “ Ümumilikdə son illər həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaçılarımızın 97%-nin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxıb”.