Səlim Müslümova yeni vəzifə verildi

selim-muslumova-yeni-vezife-verildi
Oxunma sayı: 9839

Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müdir vəzifəsinə təyin olunub.

"Qafqazinfo" xəbər verir ki, sabiq nazir Modern.az-a açıqlamasında faktı təsdiqləyib. Yeni işində həmişə olduğu kimi, Azərbaycana, dövlətçilik ənənələrinə xidmət edəcəyini vurğulayıb.

Xatırladaq ki, Səlim Müslümov 1995-ci ildən bəri hazırki iqtidarın komandasında yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında  Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib. 

Səlim Müslümov 2018-ci ilin sentyabrında Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasına müəllim vəzifəsinə işə götürülmüşdü. Eks-nazir iqtisad elmləri doktoru, professordur.