“Seltik” “Astana”ya futbol dərsi keçdi - Video

seltik-astanaya-futbol-dersi-kecdi
Oxunma sayı: 867

Çempionlar Liqasının pley-off mərhələsinin növbəti oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Şotlandiyanın “Seltik” klubu öz meydanında Qazaxıstanın “Astana”sını qəbul edib. Qarşılaşma ev sahiblərinin rəqibləri üzərində böyük hesablı qələbəsi ilə yekunlaşıb.

“Seltik” (Şotlandiya) – “Astana” (Qazaxıstan) 5:0

Qollar: Postnikov, 32-öz qapısına. Sinkleyr, 42; 60. Forrest, 79. Qriffits, 88.