Səməd Səmədov “it məsələsi”ndən danışdı

semed-semedov-it-meselesinden-danisdi
Oxunma sayı: 2687


“Qafqazinfo”ya açıqlamasında xalq artisti anlaşılmazlıq baş verdiyini və dediklərinin montaj olunaraq efirdə yayımlandığını vurğulayıb: “Çəkiliş vaxtı məkan çox isti idi, ürəyim sıxıldı və “Mümkünsə kameranı söndürün” dedim. Cansıxıcı abu-havaya bir qədər şirinlik qatmag üçün itlərim barədə söhbət salıb zarafat etmək istədim. Lakin dediklərim elə montaj olunub ki, guya mən Qurban Pirimov kimi tanınmış tarzən haqqında verilən sualı cavablayıram. Bu məsələnin şişirdilmiş formada mətbuata çıxması düzü mənə təsir etdi. İlk dəfə deyil ki, adıma, imicimə xələl gətirmək üçün ətrafımda söz-söhbət yaratmağa çalışırlar. 25 ildən çoxdur ki, xalqıma ləyaqətlə xidmət edirəm və edəcəyəm. Görünür, adımı hələ də qorumağım düşmənlərimi heç cür rahat buraxmır”.