Səməd Seyidov AŞPA-nın yay sessiyasına hazırlaşır

semed-seyidov-aspa-nin-yay-sessiyasina-hazirlasir
Oxunma sayı: 1475

“Buna heç bir sanksiya qoyula bilməz. Avropa Şurası Parlament Assambleyasının  yay sessiyasında Büronun üzvü, o cümlədən Azərbaycanı təmsil edən şəxs kini mən də iştirak edib öz mövqeyimi bildirəcəm”.

"Qafqazinfo"nun APA-ya istinadən xəbərinə  görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA)  nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

S. Seyidov deyib ki, AŞPA-da fəaliyyət üçün iki əsas funksiya var: “Bunlardan biri öz ölkəni, ya da Avropanı narahat edən problemlərə dair sənədləri təqdim etmək, ikincisi isə öz mövqeyimizi bildirməkdir. Buna heç bir sanksiya qoyula bilməz. AŞPA-da  bizə qarşı işləyən qüvvələrin fikri o idi ki, biz bu sanksiyalara kəskin reaksiya verərək AŞPA-dan üz döndərək. Başa düşmürlər ki, biz AŞPA-nı bu cür işləyən insanlardan daha yaxşı tanıyırıq. Bir qrup insanların mövqeyinin hansısa mərhələdə reallaşması o demək deyil ki, Azərbaycan qurumdan imtina edəcək. Əksinə, sessiyada aktiv fəaliyyət göstərəcəyik və əminəm ki, onların arzuları ürəklərində qalacaq”.