Səməd Seyidov yenidən vitse-prezident seçildi

semed-seyidov-yeniden-vitse-prezident-secildi
Oxunma sayı: 2166

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk plenar iclasında qurumun vitse-prezidenti vəzifəsinə seçki keçirilib. 

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın bu təşkilatda daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib. 

Qeyd edək ki, Azərbaycanın AŞPA-dakı yeni nümayəndə heyətinin səlahiyyətləri tam şəkildə təsdiqlənib.