Semih Kaya yenidən “Qalatasaray”da

semih-kaya-yeniden-qalatasarayda
Oxunma sayı: 1155

Türkiyə çempionu “Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.

“Qafqazinfo” xəbər verir ki, İstanbul klubu sabiq müdafiəçisi Semih Kayanı geri qaytarıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Semih ilyarım əvvəl məhz “Qalatasaray”dan Çexiyanın “Sparta” klubuna transfer olunub. “Sarı-qırmızılar” sabiq müdafiəçisini mövsümün sonuna qədər icarəyə götürüb. 

“Qalatasaray”ın yetirməsi olan Kaya qısa müddət ərzində “Qaziantepspor” və “Kartalspor”da icarədə də oynayıb. O, İstanbul təmsilçisinin heyətində vaxtilə 140 oyuna çıxıb, 5 qola imza atıb.