Şəmistan Əlizamanlı Afrin əməliyyatına mahnı həsr etdi - Video

semistan-elizamanli-afrin-emeliyyatina-mahni-hesr-etdi
Oxunma sayı: 4780

Türkiyə Ordusunun Suriyanın Afrin bölgəsində terrorçulara qarşı keçirdiyi hərbi əməliyyatlara daha bir dəstək hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlıdan gəlib.

“Qafqazinfo”nun Xezerxeber.az-a istinadən məlumatına görə, keçmiş hərbi diktor, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı Afrin əməliyyatlarında iştirak edən hərbçilərə dəstəyini musiqi ilə bildirib.

Ş. Əlizamanlı Əhməd Cavadın 100 il əvvəl Qafqaz İslam Ordusuna həsr etdiyi "Ey Əsgər" şeirinə musiqi bəstələyib. Mahnının adını isə “Yürüyün əsgərlər, yürüyün” qoyub.

İfaçının “Yürüyün əsgərlər, yürüyün” mahnısı qardaş ölkədə böyük rəğbətlə qarşılanıb. Hətta Türkiyənin bir neçə məşhur telekanalı bu musiqi nümunəsinə aid süjet hazırlayıb.

Şəmistan Əlizamanlı deyib ki, qardaş Türkiyə Ordusuna dəstəyini bununla bitirmək fikri yoxdur. O, Afrində döyüşən əsgərlər qarşısında konsert proqramı ilə çıxış etmək niyyətindədir.