Şəmistan Əlizamanlı yenidən məşhur serialda - Video

semistan-elizamanli-yeniden-meshur-serialda
Oxunma sayı: 4253

Hərbi-vətənpərvərlik mahnılarının ifaçısı, diktor  Şəmistan Əlizamanlı Türkiyənin TRT 1 kanalında yayımlanan məşhur “Diriliş Ərtoğrul” serialında yenidən rol alıb.

“Qafqazinfo” xəbər verir ki, o, reytinqli ekran işinin 127-ci bölümündə tamaşaçı qarşısına çıxıb. İfaçı layihədə Ərtoğrul bəyin obasında ikinci dəfə ozan obrazını canlandırıb. 

Şəmistan Əlizamanlı məclisdə “Zafer Bismillah” mahnısını səsləndirib. 

Qeyd edək ki, diktor-müğənni noyabrın əvvəlində də sözügedən serialda rol almışdı.