Şəmkirdə 14 yaşlı oğlan hovuzda boğuldu

semkirde-14-yasli-oglan-hovuzda-boguldu
Oxunma sayı: 2671

Şəmkirdə 14 yaşlı oğlan hovuzda boğulub.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə rayonun Yeni Həyat kəndində baş verib. Kənd sakini 2005-ci il təvəllüdlü Heydərov Fərid Sakit oğlu naməlum şəraitdə su hovuzuna düşərək boğulub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən su hovuzu boşaldılıb və F. Heydərovun meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Elmar Əli